İngiltərənin Nyukasl Universitetinin alimləri AMEA İqtisadiyyat İnstitutunda olublar
- Oxunub 1108 dəfə
İyulun 11-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli Böyük Britaniyanın Nyukasl Universitetinin baş müəllimi Robert Nyuberi və universitetin əməkdaşı Çarles Skotla görüşüb. İqtisadiyyat İnstitutunda keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Prof. N.Müzəffərli qonaqlara AMEA İqtisadiyyat İnstitutunun fəaliyyəti, burada aparılan elmi tədqiqatlar, həyata keçirilən layihələr və s. barədə geniş məlumat verib. İnstitutda aparılan son tədqiqatlar britaniyalı alimlərin marağına səbəb olub və elmi əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb (economics.com.az).