Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının iclası

  • Oxunub 1202 dəfə

     Aprelin 21-də AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının iclası keçirildi.

     AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayevin sədrliyi ilə keçirilən toplantıda Problem Şurasının tədbirlər planı müzakirə edildi və müzakirələrin davamı növbəti toplantıya saxlanıldı. Habelə Problem Şurasının elmi-təşkilati işlərini həyata keçirmək üçün Murad Tağıyev, Rasim Nəbiyev, İbad Abbasov, Cəmilə Novruzova və Allahyar Muradovun daxil edildiyi tərkibdə Şuranın işçi qrupu yaradıldı. Yerinə yetirilən elmi tədqiqat plan işlərinin müzakirəsinin yeni mexanizmi də təsdiqləndi. İclasda dissertasiya mövzularının qeydiyyatı aparıldı. Dissertasiya mövzularının adları, onların təsdiqi prosedurları geniş müzakirələrə səbəb oldu, doktorant və dissertantların mövzuları bir-bir müzakirə olunaraq irad və təkliflər də səsləndirildi.