Akademik A.Əlizadə İqtisadiyyat İnstitutunun bir qrup mütəxəssisi ilə görüşüb
- Oxunub 1488 dəfə
Mayın 1-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə İqtisadiyyat İnstitutun bir qrup əməkdaşını qəbul etdi. İnstitutun direktoru N.Müzəffərli dövlətin iqtisadiyyata müdaxiləsinin sosial-iqtisadi inkişafa təsirlərini qiymətləndirməyə imkan verən yeni metodologiya və bu metodologiya əsasında hazırlanan “İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi” haqqında AMEA prezidentinə məlumat verdi.
İnstututda bu İndeksdən istifadə etməklə 37 ölkənin iqtisadiyyatı sağlıq-solluq dərəcəsinə görə təsnifləşdirilmişdir. Ölkələrarası müqayisələr sahəsindəki digər tədqiqatlardan fərqli olaraq, bu İndeks hansısa ölkənin başqalarına nisbətən daha üstün və ya zəif (“yaxşı” və ya “pis”) olmasını deyil, hansı iqtisadi siyasətə üstünlük verilməli olduğunu müəyyənləşdirməyə imkan verir.
Ekspert qrupunun üzvləri A.Muradov, R.Abdullayeva, M.Gülalıyev, E.Məmmədzadə, F.Musayeva və R.Əfəndiyev ideyanın mahiyyəti və iqtisadiyyat üzrə nəzəri və tətbiqi tədqiqatlar qarşısında açdığı yeni imkanlar haqqında, müvafiq araşdırmaların davam etdirilməsi üçün AMEA rəhbərliyindən istənilən və gözlənilən dəstək barəsində fikirlərini paylaşdılar.
Səmimi və işgüzar şəraitdə keçən görüşün sonunda akademik Akif Əlizadə ideyanı bəyəndiyini və onun gerçəkləşdirilməsi üçün İnstituta hər cür kömək göstəriləcəyini söylədi.