Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

economics.com.az kollektivə təqdim olundu

  • Oxunub 1437 dəfə

   Mayın 6-da AMEA İqtisadiyyat İnstitutunda ümumi iclas keçirildi. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda İnstitutun fəaliyyəti ilə bağlı cari məsələlərlə yanaşı, yerinə yetirilən elmi-tədqiqat işlərinin və hesabatların vaxtlı-vaxtında təhvil verilməsi, işə davamiyyət, işçilər arasında attestasiya və müsabiqənin keçirilməsi, doktorantlarla iş, institutda təşkil olunan müxtəlif tədbirlər və s. məsələlər geniş müzakirə edildi.

  Daha sonra İnstitutun yeni yaradılmış İnternet saytı – economics.com.az kollektivə təqdim olundu. Təqdimatla çıxış edən saytın baş redaktoru, i.f.d. Mahir Zeynalov bildirdi ki, yeni sayt müasir standartlar əsasında yaradılıb. Saytın İnstitutun gündəlik fəaliyyətinin ictimaiyyətin diqqətinə çatdırılmasındakı əhəmiyyətindən danışan baş redaktor economics.com.az –ın əməkdaşlarımız üçün iki cəhətdən faydalı ola biləcəyini vurguladı: “Birincisi, sayt bizə öz fəaliyyətimizi, gördüyümüz işləri onun vasitəsilə daha peşəkar və operativ şəkildə içtimaiyyətə təqdim etmək imkanı verir. İkincisi, sayt həm də hər birimiz üçün rahat istifadə edilə bilən, zəngin və əlçatan informasiya bazası rolunu oynayacaq”.

  M.Zeynalov İnstitutun bütün əməkdaşlarını saytla fəal əməkdaşlığa dəvət etdi: “Biz də öz növbəmizdə əlimizdən gələni edəcəyik ki, Sizlərin elmi yaradıcılığını geniş işıqlandıraq, ölkəmizdə və dünyada tanıdaq. Yaradıcı heyətimiz qarşılıqlı ünsiyyətə və əməkdaşlığa həmişə açıqdır, hər bir təklif və tövsiyyələrinizi məmuniyyətlə dinləməyə, müzakirə etməyə hazırıq. Sizin köməyinizlə saytımızın informasiya bazasını daim yeniləşdirməyə, zənginləşdirməyə və təkmilləşdirməyə çalışacağıq”.
  Sonra saytın ayrı-ayrı bölmələri əyani şəkildə təqdim olundu, saytla bağlı toplantı iştirakçılarının sualları cavablandırıldı, təklif və tövsiyyələr səsləndirildi(economics.com.az)