Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Böyük Britaniya Lordu AMEA İqtisadiyyat İnstitutunda

  • Oxunub 1366 dəfə

     Mayın 6-da AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) Böyük Britaniya Lordu Deyvid Evansı qəbul etmişdir.

     İnstitutda aparılan tədqiqatlar və gerçəkləşdirilən elmi layihələr haqqında Lord Evansa məlumat verilmişdir. İnstitutun hesabladığı və beynəlxalq ekspert icmasının mühakiməsinə təqdim etdiyi İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi və onun əsasında aparılan ölkələrarası müqayisələr xüsusi maraq doğurmuş və geniş müzakirəyə mövzu vermişdir. Böyük Britaniya universitetləri və tədqiqat mərkəzləri ilə İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq, o cümlədən elmi-tədqiqat layihələrinin hazırlanması və icrası üzrə birgə fəaliyyət imkanları barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.