Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycan alimlərinin I Qurultayının materialları”

  • Oxunub 1433 dəfə

    “Azərbaycan alimlərinin I Qurultayının materialları” adlı kitab cap olunub (“Elm” nəşriyyatı, Bakı 2015).

    Kitabda 19 dekabr 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan alimlərinin I Qurultayının materialları toplanmışdır. Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, həmçinin bu inkişafa adekvat olaraq Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olaraq keçirilən qurultay müasir dünyanın çağırışlarına müvafiq olaraq Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq, ölkədə və xaricdə yaşayan azərbaycanlı alimlər arasında əlaqələri gücləndirmək, elm sahəsində mövcud problemlərin həlli yollarını və elmi potensialdan milli tərəqqi naminə səmərəli istifadənin mexanizimlərini müəyyənləşdirmək məqsədilə təşkil olunmuşdur. Azərbaycan alimlərinin biliklər cəmiyyətinin qurulmasında yaxından iştirakı, mövcud elmi potensialın müasir tələblərə uyğun səfərbər edilməsi, effektiv təşkilati tədbirlərin və yeni innovativ idarəetmə üsullarının tədbiqi, ümumiyyətlə, Azərbaycan elminin yeni strategiyasının hazırlanması qurultayın əsas ideya istiqamətlərini təşkil etmişdir. Tədbirdə respublikanın akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər iştirak etmişlər.
   Kitabla daha yaxından AMEA İqtisadiyyat İnstitutunun kitabxanasında tanış olmaq mümkündür (economics.com.az)