Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Bakı nefti qələbəyə açardır”

  • Oxunub 1247 dəfə

   Mayın 14-də AMEA Iqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü, akademik Ziyad Səmədzadənin “Bakı nefti qələbəyə açardır” kitabının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində təqdimatı keçirildi.

    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə kitab haqqında ətraflı məlumat verdi, Böyük Vətən müharibəsi zamanı Azərbaycanın Qələbəyə verdiyi böyük töhfələrin, Bakı neftinin o dövr üçün həlledici əhəmiyyətinin, xalqımızın qəhrəmanlığının, şücaətinin kitabda öz geniş əksini tapdığını bildirdi.

  Digər cıxış edənlər - Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, ehtiyatda olan general-mayor Dadaş Rzayev, Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev də “Bakı nefti qələbəyə açardır” kitabını çox yüksək qiymətləndirdilər, Azərbaycan neftinin Qələbədə xüsusi rol oynamasının arxiv sənədləri əsasında çox müfəssəl təqdim olunduğunu qeyd etdilər. Hələlik rus dilində olan kitabın («Нефть Баку ключ к победе. Славное прошлое. Яркое будущее») gələcəkdə Azərbaycan və ingilis dillərində də capının vacib olduğunu, xarici ölkələrdə yayılmasının təşkilinin əhəmiyyətli ola biləcəyini vurguladılar.

  Sonda Akademik Ziyad Səmədzadə kitabın ərsəyə gəlməsi barədə məlumat verərək bildirdi ki, nəşrdə Böyük Vətən müharibəsində Azərbaycanın rolunu ətraflı təqdim etməyə çalışıb. Kitabda 12 mindən çox arxiv sənədindən istifadə olunub (economics.com.az).