AMEA-nın elmi fəaliyyəti ilə bağlı iki kitab
- Oxunub 1377 dəfə
“Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2014-cü ildəki elmi-təşkilati fəaliyyəti” və “Azərbaycan Milli Elmlər Akademiyasının 2014-cü ildəki elmi nailiyyətləri” adlı iki kitab cap olunub.
Birinci kitabda AMEA Rəyasət Heyətinin 2014-cü ildəki elmi-təşkilati fəaliyyəti haqqında məlumatlar öz əksini tapmışdır. Hesabat AMEA üzvlərinin, elmi bölmələrin, elmi müəssisələrin, AMEA Rəyasət Heyəti aparatı idarələrinin, şöbələrinin və müvafiq nazirliklərin təqdim etdikləri materiallar əsasında Elm və Təhsil İdarəsi tərəfindən tərtib edilmiş, AMEA Rəyasət Heyətinin 15 aprel 2015-ci il tarixli qərarı ilə bəyənilmiş və AMEA Ümumi Yıgıncağının müzakirəsinə təqdim edilmişdir.
İkinci kitabda AMEA-da, resbublikamızın digər elm və təhsil müəssisələrində 2014-cü ildə aparılmış fundamental və tətbiqi tədqiqatların mühüm nəticələri, AMEA-nın fəaliyyətinin digər göstəriciləri öz əksini tapmışdır. Bu hesabat da AMEA Rəyasət Heyətinin 15 aprel 2015-ci il tarixli qərarı ilə bəyənilmiş və AMEA Ümumi Yıgıncağının müzakirəsinə təqdim edilmişdir.
Kitablarla daha yaxından AMEA İqtisadiyyat İnstitutunun kitabxanasında tanış olmaq mümkündür (economics.com.az)