Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya Şurasında iki dissertasiya işi müdafiə olundu

  • Oxunub 1915 dəfə

  Mayın 26-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.

  Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclacda ilk olaraq İnstitutun əməkdaşı Mətanət Həbib qızı Rizayevanın 5308.01 – “Ümumi iqtisadiyyat” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Bazar münasibətləri şəraitində əhalinin həyat səviyyəsi və onun yaxşılaşdırılması yolları” mövzusunda (elmi rəhbər AMEA-nın müxbir üzvü Ş.M.Muradov) dissertasiyası müzakirə edildi. Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri» şöbəsində yerinə yetirilib. İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra M.Rizayeva dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında geniş təqdimatla cıxış etdi.

  Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş opponentlər i.e.d., professor Tofiq Quliyev və i.f.d. Asif Mustafayev çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri - professorlar Q.Süleymanov, İ.Alıyev, Ə.Nuriyev və R.Sultanova irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər.

  Sonra ikinci iddiaçı Katrin Heydər qızı Paykaninin 5307.01 - “İqtisadi nəzəriyyə” və 5310.01- “Dünya iqtisadiyyatı” ixtisasları üzrə müdafiəyə təqdim etdiyi “İran İslam Respublikasının dünya təsərrüfat sistemində yeri və inkişaf strategiyası” mövzusunda dissertasiyası müzakirə edildi. İşin elmi rəhbəri i.e.d., professor M.X.Meybullayev, iş üzrə təyin olunmuş opponentlər i.e.d. D.Vəliyev, i.f.d. Seyfəddin Səməndərov, aparıcı təşkilat Azərbaycan Dövlət İqtisad Universitetidir. Dissertasiya işi Bakı Dövlət Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında yerinə yetirilib. İddiaçı K.Paykani dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdikdən sonra qaydalara uyğun olaraq müzakirələr aparıldı, suallar və iradlar cavablandırıldı, çıxışlarda işlə bağlı Dissertasiya Şurasının üzvləri öz fikirlərini bildirdilər.

  Sonda hər iki iddiaçının dissertasiya işi səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).