Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Mülki müdafiə qüvvələrinin rəhbər heyətinin müdafiə məşqi keçirilib

  • Oxunub 1497 dəfə

  Mayın 26-da AMEA İqtisadiyyat İnstitutunda 2015-ci il üçün Mülki Müdafiə (MM) tədbirlər planına əsasən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə (MM) orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin müdafiə məşqi keçirilmişdir.

 Məşqin keçirilməsi üçün tələb olunan sənədlər tərtib olunub, Yasamal rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə razılaşdırılmış, şərti siqnallar hazırlanmış və siqnallara uyğun tədbirlər görülmüş, qərarlar qəbul edilmişdir.

 İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) rəhbərliyi ilə keçirilən tədbirdə İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri Şakir Alıyev və MM qərargahının rəisi Anar Babayev görülən işlər, fövqəladə hadisələrin baş verəcəyi hallarda ilk növbədə hansı tədbirlərin görülməli olduğu, qarşıda duran vəzifələr haqda ətraflı məlumat veriblər.

 Məşq zamanı hər kəsin fəaliyyəti nəzərdən keçirilərək qiymətləndirilmişdir. Belə nəticəyə gəlinmişdir ki, İnstitutun Rəhbər Heyəti və MM qərargahı fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələri yerinə yetirməyə hazırdır (economics.com.az).