Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda dissertasiya işləri müzakirə edildi

  • Oxunub 1763 dəfə

  İyunun 3-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi. AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə keçirilən seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

  İlk əvvəl Sumqayıt Dövlət Universitetinin dissertantı Təranə Mütəllim qızı Əhmədova (5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə) “Neftqazçıxarmada investisiya prosesinin idarə edilməsinin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi (elmi rəhbər i.e.d., prof. Q.Səfərov) haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi. İş üzrə təyin olunmuş rəyçilər i.e.d., professor İrşad Kərimov və i.f.d. Aqil Əsədov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər.

  Seminarda digər çıxış edənlər də tədqiqat işi ilə bağlı öz mülahizələrini, fikirlərini ifadə etdilər. Xüsusən də tədqiqat işində qarşıya qoyulan məqsəd və əldə olunan nəticələr, elmi yeniliklərin məzmunu və s. kimi məsələlər daha çox müzakirələrə səbəb oldu. Sonra iddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, bir sıra iradlarla razılaşdığını və növbəti mərhələyədək onları nəzərə alacağını vurğuladı. Seminar üzvləri açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə işi növbəti - müdafiyə mərhələsinə tövsiyyə etdilər.

  İkinci iddiaçı - AMEA İqtisadiyyat İnstitutunun dissertantı Rüstəmova Vəfa Xanlar qızı (5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə) “Kimya sənayesində elmi-texniki kadr potensialından istifadənin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin (elmi rəhbər AMEA-nın müxbir üzvü Ş.M.Muradov) əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi. Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

  Sonra iş üzrə təyin olunmuş rəyçilər i.e.d. Gülənbər Əzizova və i.f.d. Təranə Nəcəfova çıxış edərək əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri C.Quliyev, Ə.Nuriyev, M.Güləliyev, Y.Məmmədov, A.Mustafayev, Ə.Sarıyev, G.Əzizova mövzunun aktual olduğunu vurğulamaqla yanaşı, irad və təkliflərini də səsləndirdilər. Sonra iddiaçı suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda V.Rüstəmovanın da dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).