Akif Musayev Gürcüstandakı Qafqaz Universitetinin “Fəxri doktoru” adına layiq görülüb
- Oxunub 1345 dəfə
Elmi Şuramızın üzvü, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev Gürcüstanda fəaliyyət göstərən Qafqaz Universitetinin Elmi Şurasının qərarı ilə Universitetin “Fəxri doktoru” seçilib.
Universitetin Prezidentinin məktubunda deyildiyi kimi, o bu ada yüksək səviyyəli peşəkar və ictimai fəaliyyətinə, eləcə də Gürcüstanla və o cümlədən Qafqaz Universiteti ilə elm və təhsil sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.
Təqdimetmə mərasimi bu ilin oktyabr ayında keçiriləcək (economics.com.az).