Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutu “Gənc təsərrüfatçılar məktəbi”nin yaradılmasında iştirak edəcək

  • Oxunub 1321 dəfə

   17 sentyabr 2015-ci il tarixdə İsmayıllıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənc təsərrüfatçılar məktəbi”nin təsis konfransı keçirilmişdir.

  Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdamət Sadıqov qonaqları salamlayaraq məktəbin yaradılmasının məqsədi, mahiyyəti haqqında məlumat vermişdir. M.Sadıqov bildirmişdir ki, məktəbin əsas məqsədi İsmayıllı rayonunda orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərə köməklik göstərilməsi, gənclərin kiçik və orta sahibkarlığın inkişafına cəlb olunması ilə qeyri-neft sektorunun inkişafına dəstək verilməsidir.

  “Gənc təsərrüfatçılar məktəbi”nin təsis konfransında İqtisadiyyat İnstitutunu şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədov təmsil etmişdir. Konfransda A.Əsədov məktəbin əhəmiyyəti, perspektivləri, sosial-iqtisadi gözləntilər barədə danışaraq İqtisadiyyat İnstitutunun müvafiq mütəxəssislərinin məktəbin gələcək fəaliyyətində bütün mümkün dəstəyi göstərəcəklərini bildirmişdir.

  Konfransda məktəbin gələcək fəaliyyəti, müdavimlərin seçimi, müəllim kontingentinin formalaşdırılması və s. məsələlər də ətraflı müzakirə olunmuş, “Gənc təsərrüfatçılar məktəbi”nin gələcək fəaliyyəti ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən əməkdaşlıq sazişi imzalanmışdır.

  Sonda konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur (economics.com.az).

 Fotoqalereya (yükləyin)