Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının iclası

  • Oxunub 1177 dəfə

 Oktyabrın 7-də AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının növbəti səyyar iclası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda keçirilmişdir.

 İclasda əvvəlki Şuradan arxiv materiallarının təhvil götürülməsi aktı haqqında məlumat verilmişdir. Habelə Şuranın əvvəlki iclaslarında yenidən baxılması tövsiyyə olunmuş tədqiqat mövzularının yenidən təqdim olunmuş variantları qeydiyyata alınmışdır. Yeni tədqiqat mövzularının qeydiyyatı aparılmışdır. Elmi tədqiqat və ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin mövzularının aktuallığı müzakirəsi edilmişdir. Əvvəlki Şuranın qərarı ilə qeydiyyata alınmış, lakin müəyyən səbəblərə görə çıxarış almamış tədqiqatçılara münasibət bildirilmişdir (economics.com.az).