Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-nın müxbir üzvü Şahbaz Muradova “Əməkdar elm xadimi” fəxri adı verildi

  • Oxunub 1655 dəfə

 Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə bir qrup alimə Azərbaycan Respublikasının fəxri adları verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2015-ci il tarixli Sərəncamı ilə İnstitutumuzun Elmi Şurasının üzvü, şöbə müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Şahbaz Musa oğlu Muradova “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.

 “Əməkdar elm xadimi” fəxri adı alması münasibətilə İqtisadiyyat İnstitutunun bütün kollektivi adından AMEA-nın müxbir üzvü Şahbaz Muradovu ürəkdən təbrik edir, ona elmi fəaliyyətində yeni-yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayırıq!