Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi problemləri

  • Oxunub 1507 dəfə

 Torpaqşünaslıq və Aqrokimya İnstitutunda iqtisadçılarla keçirilən görüşdə bu mövzuda müzakirələr aparılıb

 Noyabrın 12-də AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor İsa Alıyev və şöbənin bir qrup əməkdaşı ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda görüş keçirilib.

 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsilə bağlı həyata keçirilən tədbirlərə həsr olunan görüşdə çıxış edən natiqlər aqrar sahənin Azərbaycan iqtisadiyyatında yeri və rolu, bu sahədə həyata keçirilən islahatlar və onun mövcud durumu, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətləri, həmçinin mövcud torpaqlardan istifadə və onun keyfiyyətinin yüksəldilməsi məsələlərini müzakirə ediblər. Habelə Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr edilmiş ümumi yığıncağında qeyd etdiyi ərzaq təhlükəsizliyinin səmərəli həll edilməsi, bütövlükdə aqrar sahənin elmi əsaslara uyğun dayanıqlı inkişafının təmin olunması istiqamətində alimlərin qarşısında duran vəzifələr haqqında öz fikir və mülahizələrini bildirmişlər. Geniş diskussiya şəraitində keçirilən tədbirin sonunda iştirakçıların bir sıra sualları cavablandırılmışdır (economics.com.az).