Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin hesabatı dinlənilib

  • Oxunub 1172 dəfə

 Noyabrın 17-də İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda İnstitutun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin əməkdaşlarının 2015-ci il üçün yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. İclasda İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov və elmi katib Rəsmiyyə Abdullayeva da iştirak edirdilər.

 İlk öncə şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradov məlumat verdi ki, bu il şöbə tərəfindən “Azərbaycan Respublikasında demoqrafik inkişaf, insan potensialının formalaşması və istifadəsinin təhlili və qiymətləndirilməsi” mövzusunda tədqiqatlar aparılıb. “Azərbaycan Respublikasında demoqrafik vəziyyətin təhlili və qiymətləndirilməsi” üzrə tədqiqat aparan Ş.Muradov əsas elmi nəticələr, tədqiqatların dərinləşdirilməsinin əhəmiyyəti, qarşıda duran vəzifələr barədə danışdı. Şöbənin bir neçə əməkdaşının yeni monoqrafiya üzərində işlədiyini söylədi.

 Daha sonra şöbənin işçiləri - aparıcı elmi işçi, i.e.n. A.Gözəlova “Demoqrafik təhlil və Azərbaycanda əhalinin qocalması prosesinin qiymətləndirilməsi”, aparıcı elmi işçi, i.f.d F.Musayeva “Azərbaycan Respublikasında insan kapitalının formalaşmasının mövcud vəziyyətinin təhlili”, aparıcı elmi işçi, i.e.n. T.Nəcəfova “Azərbaycanda sahibkarlığın inkişafının insan potensialından istifadəyə təsirinin təhlili və qiymətləndirilməsi”, aparıcı elmi işçi, i.f.d S.Ağayeva “Sağlamlıq amilinin insan potensialının formalaşmasına təsirinin qiymətləndirilməsi”, aparıcı elmi işçi S.Seyidova “Təhsilə qoyulan investisiyaların insan kapitalının formalaşmasına və inkişafına təsirinin təhlili və qiymətləndirilməsi”, böyük elmi işçi C.Baxış “Azərbaycan Respublikasında etnik amilin insan potensialının formalaşmasına təsirinin təhlili və qiymətləndirilməsi”, baş elmi işçi, prof. G.Əzizova “Azərbaycan Respublikasının regionlarında iş qüvvəsinin tələb və təklifinin təhlili və qiymətləndirilməsi” mövzularında apardıqları tədqiqatlar və əldə olunmuş əsas elmi nəticələr üzrə hesabat verdilər (economics.com.az).