Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Doktoranturaya ixtisas fənləri üzrə qəbul imtahanı keçirilmişdir

  • Oxunub 1300 dəfə

 Test üsulu ilə imtahan verən 7 nəfər müvafiq keçid balını toplayıb

 Noyabrın 19-da AMEA İqtisadiyyat İnstitutunda müvafiq ixtisas fənləri üzrə test üsulu ilə fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına i.e.d., professorlar Təbriz Əliyev və Qəzənfər Süleymanov, i.e.d. Fuad Qənbərov, i.f.d. Allahyar Muradov və i.f.d. Rəsmiyyə Abdullayeva daxildirlər.

 İmtahanda doktoranturaya sənəd verən 8 nəfərdən 7-si iştirak edirdi. 2 saat vaxt ərzində iddiaçılar 50 sualdan ibarət test suallarını cavablandırdılar. İmtahandan dərhal sonra imtahan komissiyası cavabları qiymətləndirdi. Bununla yanaşı abituriyentlərlə onların elmə marağı, tədqiqat aparmaq istədikləri mövzular ətrafında fikir mübadiləsi aparıldı.

 Sonda imtahanın nəticələrinə əsasən müvafiq keçid balını toplamış 7 nəfər növbəti mərhələyə kiçiblər. Bundan sonra onlar daha iki fəndən – xarici dildən və fəlsəfədən də imtahan verəcəklər. Həmin imtahanlardan sonra ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq. Xatırladaq ki, 2015-2016-cı tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə İqtisadiyyat İnstitutuna doktoranturaya qəbul üzrə 4 yer ayrılıb (economics.com.az).