Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda dissertasiya işləri müzakirə edilmişdir

  • Oxunub 1474 dəfə

  Noyabrın 24-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi.

 AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə keçirilən seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk əvvəl AMEA İqtisadiyyat İnstitutunun dissertantı Babayeva Aynur Nəbi qızı (5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə) “Azərbaycan sənayesinin sahə strukturunun formalaşması qanunauyğunluqları” mövzusunda dissertasiya işi (elmi rəhbər i.e.d., prof. G.Yüzbaşıyeva) haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər i.e.d., prof. Fərhad Rəhmanov və i.f.d. Rüfət Efendiyev mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İddiaçı A.Babayeva seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminarda çıxış edənlər də tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda A.Babayevanın dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi.

 İkinci iddiaçı - Azərbaycan Memarlıq və İnşaat Universitetinin dissertantı Parham Hossein Əhməd (5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə) “Tikinti sferasının idarə edilməsinin inteqrasiya sistemi” mövzusunda dissertasiya işinin (elmi rəhbər i.e.d., prof. M.A.Məmmədov) əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi. Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – ADİU-nun “Bank işi” kafedrasının professoru Atiq Kərimov və AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, i.f.d. Ramil Əliyev çıxış edərək əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).