Professor İsa Alıyev “Tərəqqi” medalı ilə təltif olunmuşdur
- Oxunub 1505 dəfə
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü, AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Hüseyn oğlu Alıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Noyabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev “Tərəqqi” medalını prof. İsa Alıyevə təqdim edib. Bu münasibətlə İqtisadiyyat İnstitutunun bütün kollektivi adından professor İsa Alıyevi ürəkdən təbrik edir, ona bundan sonrakı fəaliyyətində də yeni-yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayırıq! (economics.com.az).