Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Qorxmaz İmanov Rusiyada mükafata layiq görülüb

  • Oxunub 1356 dəfə

 AMEA İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov noyabrın 26-da Akademik N.P.Fedorenko adına Beynəlxalq İqtisadi Tədqiqatlar Elm Fondunun qərarı ilə “Rusiya iqtisad elminin inkişafındakı yüksək töhfələrinə görə” mükafata layiq görülüb. Fond tərəfindən diplomların təqdimetmə mərasimi bu il dekabrın 10-da Rusiya Elmlər Akademiyasının Mərkəzi Riyazi-İqtisadiyyat İnstitutunda keçiriləcəkdir.

 Belə yüksək mükafat alması münasibətilə AMEA İqtisadiyyat İnstitutunun rəhbərliyi adından prof. Qorxmaz İmanovu ürəkdən təbrik edir, ona elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq! (economics.com.az).