Dissertanturaya qəbul imtahanı keçirilmişdir
- Oxunub 1189 dəfə
Dekabrın 4-də AMEA İqtisadiyyat İnstitutunda fəlsəfə doktorluğu üzrə müvafiq ixtisas fənlərindən dissertanturaya qəbul üzrə müsabiqə keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi müsabiqə komissiyasına i.e.d. Fuad Qənbərov, i.f.d. Allahyar Muradov və i.f.d. Rəsmiyyə Abdullayeva daxildirlər.
Müsabiqədə dissertanturaya sənəd verən 6 nəfər iştirak etmişdir. Bununla yanaşı, abituriyentlərlə onların elmə marağı, iqtisadiyyatın müxtəlif sahələrində tədqiqat aparmaq istədikləri dissertasiya mövzuları və həmin mövzular üzrə elmin aktual problemləri ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda 5 nəfər müsabiqədən keçmişdir. 1 nəfərə isə əlavə yer alınması üçün AMEA İctimai Elmlər Bölməsinin Bürosu qarşısında vəsatət qaldırılacaqdır. Xatırladaq ki, 2015-2016-cı tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə İqtisadiyyat İnstitutuna dissertanturaya qəbul üzrə 5 yer ayrılıb (economics.com.az).