İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının iclası
- Oxunub 1475 dəfə
Dekabrın 24-də AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının 2015-ci il üzrə sonuncu iclası keçirilmişdir.
AMEA-nın müxbir üzvü, prof. Akif Musayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycannın elmi-tədqiqat və ali təhsil müəssisələrinin yerinə yetirdikləri elmi tədqiqat işlərinin müzakirəsi aparılıb. Habelə İqtisadiyyat Problemləri üzrə Elmi Şuranın elektron informasiya bazasının yaradılması məqsədilə fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatların elmi-pedaqoji potensialı haqqında informasiyaların toplanılması üçün səlahiyyətli qurumlara müraciət olunması qərara alınıb.
Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yübileyində Azərbaycan elmi, o cümlədən iqtisad elmi qarşısında qoyduğu tələbləri də nəzərə almaqla və AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsasnaməsinin “Əsas vəzifələri” punktunun 2.1.12 bəndi əsasında aktual dissertasiya mövzularının toplusu hazırlanacaq.
Sonda dissertasiya mövzularının qeydiyyatı aparılmışdır (economics.com.az).