Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki dissertasiya işi müzakirə edilmişdir

  • Oxunub 1103 dəfə

 Dekabrın 25-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi.

 AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə keçirilən seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk əvvəl AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Mənuçər Molaiye Əlişan oğlu (5310.01 - “Dünya iqtisadiyyatı” ixtisası üzrə) “Kənd təsərrüfatı istehsalatının ixtisaslaşdırılması və səmərəliliyi problemləri (Ərdəbil bölgəsinin misalında)” mövzusunda dissertasiya işi (elmi rəhbər akademik Z.Səmədzadə) haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər (i.f.d. İlkin Sultanlı) mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İddiaçı M.Molaiye seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminarda çıxış edənlər də tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda M.Molaiyenin dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi.

 İkinci iddiaçı - İqtisadiyyat İnstitutunun dissertantı Əli Məmməd oğlu Mirzəyev “Xidmət sferasında heyətin idarə olunması problemləri” (5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası üzrə) mövzusunda dissertasiya işinin (elmi rəhbər i.e.d., prof. T.Əliyev) əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi. Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d. Ramiz İsgəndərov və i.f.d. Yaşar Məmmədov çıxış edərək əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı Ə.Mirzəyev suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).