Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycanın erməni işğalı nəticəsində məruz qaldığı itkilərin qiymətləndirilməsi metodologiyası müzakirə olunub

  • Oxunub 1310 dəfə

 Yanvarın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə tətbiq olunan metodologiyanın müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib.

 Seminarda giriş sözü ilə çıxış edən ADİU-nin rektoru, professor Ədalət Muradov mövzunun aktuallığını vurğulayaraq, Azərbaycan-Ermənistan münaqişəsi zamanı ölkəmizin maddi itkilərdən başqa hesablanması mümkün olmayan böyük mənəvi zərər də çəkdiyini diqqətə çatdırıb.

 Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, “İşçi Qrupu”nun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı “Faciələrimizin təqvimi üzrə itki və tələfatlarımızın qiymətləndirilməsi üzrə metodologiyaların şərhi” mövzusunda məruzə ilə çıxış edib. Seminarda AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Tanrıverdi Paşa da çıxış edib və bu mövzunun daha intensiv tədqiqi və nəticələrin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra təkliflər irəli sürüb (economics.com.az).