İqtisadiyyat İnstitutunda illik hesabat yığıncağı keçirilmişdir
- Oxunub 1424 dəfə
Toplantıda 20 Yanvar faciəsi yad edildi
Yanvarın 19-da AMEA İqtisadiyyat İnstitutunda illik hesabat yığıncağı keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda ilk öncə 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi yad edildi. Prof. N.Müzəffərli 20 Yanvar hadisələrindən, o dövrdə xalqımızın qəhrəmanlığından, şücaətindən, xalqın azadlıq hərakatından, müstəqilliyimizin tarixi nailiyyətimiz olmasından söz açdı. Bu mövzuda çıxış edənlər, o cümlədən AMEA-nın müxbir üzvü Şahbaz Muradov, şöbə müdiri Tanrıverdi Paşa da o dövrün ictimai-siyasi proseslərindən, 20 Yanvar günlərində şahidi olduqları hadislərdən, insanların azadlıq mübarizəsindən danışdılar.
Daha sonra elmi-tədqiqat plan işləri ətrafında müzakirələr aparıldı. Prof. N.Müzəffərli bu sahədə İqtisadiyyat İnstitutunun qarşısında duran vəzifələri, tədqiqatların təkmilləşdirilməsi və baş verən iqtisadi proseslərin elmi baxımdan düzgün qiymətləndirilməsinin vacibliyini qeyd etdi. İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov 2015-ci ildə yerinə yetirilən elmi tədqiqatlar və 2016-cı ildə aparılacaq tədqiqatlar, görüləcək işlər ətrafında çıxış etdi.
İnstitutun elmi nəşri olan “Elmi əsərlər” toplusunun baş redaktor müavini, f.e.n. Mayis Gülalıyev jurnalın fəaliyyəti barədə hesabat verdi. O topluda cap olunmuş məqalələrdən, təqdim olunan elmi əsərlərin keyfiyyətindən, onların təkmilləşdirilməsi zəruriliyindən, əsərlərin capı üçün müəlliflər qarşısında qoyulan tələblərdən və s. bəhs etdi. Habelə institutun əməkdaşlarını elmi əsərlərin capı sahəsində daha aktiv olmağa çağırdı (economics.com.az).