Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA institutlarının veb-saytlarının idarə edilməsinə dair treninq keçirilmişdir

  • Oxunub 1019 dəfə

 Tədbirdə economics.com.az saytı da təmsil olunub

 Fevralın 5-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinə həsr olunmuş treninq keçirildi. economics.com.az saytının baş redaktoru, i.f.d. Mahir Zeynalovun da təmsil olunduğu tədbirdə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının veb-saytlarına məsul şəxslər iştirak edirdilər.

 Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru Rasim Əliquliyev elmin populyarlaşdırılmasında, AMEA institutlarının fəaliyyətinin içtimaiyyətə düzgün şəkildə və operativ təqdim olunmasında, informasiya və multimedia məhsullarının yayılmasında veb-saytların mühüm rolundan danışdı. AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinin vacibliyini qeyd edən akademik veb-resursların cəmiyyətin elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

 Treninqdə veb-texnologiyaların müxtəlif istiqamətləri üzrə məruzələr təqdim olundu. İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Əfruz Qurbanova “Veb-saytların işinin təşkili və idarə olunması”, şöbə müdiri Gülnarə Nəbibəyova “Veb-texnologiyaların inkişaf mərhələləri və perspektivləri”, elmi işçi Səadət Ağayeva “Veb-analitika: mövcud vəziyyət, problemlər və perspektivlər”, AMEA Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayeva “Veb-saytların informasiya təminatı”, proqramçı Yusif Sadıyev “Veb-saytların təhlükəsizliyi” mövzularında çıxış etdilər. Sonda məruzələr ətrafında maraqlı müzakirələr aparıldı (economics.com.az).