Elmi Seminarda dissertasiya işi müzakirə edilmişdir
- Oxunub 1199 dəfə
Fevralın 19-da AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi.
AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə keçirilən seminarda AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Məsud Yəzdani Yusif oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparıldı. İddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.
Sonra Məsud Yəzdani “İran İslam Respublikasında özəl bankların iqtisadi inkişafda rolu” mövzusunda (5310.01 - “Dünya iqtisadiyyatı” ixtisası üzrə) dissertasiya işi (elmi rəhbər akademik Z.Səmədzadə) üzrə təqdimatla çıxış etdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında danışdı.
İş üzrə təyin olunmuş rəyçilər - Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının professoru, i.e.d. Atiq Kərimov, AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri - f.e.n. Mayis Gülalıyev və i.f.d. Rüfət Efendiyev mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İddiaçı Məsud Yəzdani seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminarda çıxış edənlər də tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda M.Yəzdaninin dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).