Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-da elmi-intellektual baza yaradılır

  • Oxunub 1228 dəfə

 İqtisadiyyat İnstitutunun gənc alimləri təlimlərə qatılıblar

 Fevralın 29-da AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “AMEA-da elmi-intellektual bazanın yaradılması” mövzusunda konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitabxanada elektron elmi bazanın yaradılması istiqamətində görülən işlərdən, vikipediyada Azərbaycanla bağlı elmi informasiya bazasının zənginləşdirilməsinin vacibliyindən, habelə elektron kitabxananın formalaşdırılması istiqamətində qarşıda duran vəzifələrdən danışdı. 

 Sonra MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Mərkəzi Elmi Kitabxananın elektron resursları, informasiya bazasının formalaşdırılması, milli rəqəmsal yaddaş bazasının yaradılması üzrə həyata keçirilən layihələr və görüləcək işlər, habelə vahid universal qeydiyyat sistemi barədə ətraflı məlumat verdi. Bildirildi ki, MEK AMEA institutlarına elektron elmi-intellektual informasiya bazasının yaradılması sahəsində texniki dəstək göstərəcək, onların əməkdaşları üçün təlimlər keçiriləcək. Artıq vikipediyada məqalələrin yaradılması və redakdə olunması ilə bağlı təlimlərə start verilib ki, ona AMEA İqtisadiyyat İnstitutunun gənc alimləri də qatılıblar.

 AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimlinin də qatıldığı konfansda İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayevaeconomics.com.az saytının baş redaktoru, i.f.d. Mahir Zeynalov da iştirak ediblər. Tədbirdə mövzu üzrə geniş müzakirələr aparılmışdır (economics.com.az).