Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir

  • Oxunub 1402 dəfə

 Martın 1-də AMEA İqtisadiyyat İnstitutunda 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə toplantı keçirildi.

 Tədbirdə hələ 1931-ci ildə fransız tibb xidməti generalı Çorc Sant-Pol tərəfindən Parisdə Mülki Müdafiə Təşkilatının əsasının qoyulduğunu bildirən İnstitutun Mülki Müdafiə (MM) Qərargahının rəisi Anar Babayev həmin qurumun sonradan Beynəlxalq Mülki Müdafiə təşkilatına çevrildiyini söylədi. Bildirildi ki, artıq təşkilat müxtəlif MM təşkilatları ilə əməkdaşlıq edərək mülki vətəndaşların xilasetmə problemləri ilə məşğul olur, fövqəladə halların qarşısının alınması üçün bütün vasitələri səfərbər edir. Respublikamız 1995-ci ildən bu təşkilatın üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə iştirak edir.

 Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir mövzuya həsr olunur və müxtəlif kütləvi tədbirlər, seminarlar təşkil edilir. MM-in əsas məqsədi fövqəladə hadisələrin qarşısının alınması naminə proflaktik tədbirlərin həyata keçirilməsidir. Azərbaycanda da Fövqəladə Hallar Nazirliyinin və MM qüvvələrinin əsas işi əhalinin maarifləndirilməsi və təhlükəsizlik tədbirlərinin görülməsi, insanların həyatını xilas etmək və baş vermiş təbii fəlakətlərin nəticələrini aradan qaldırmaqdır. Tədbirdə İnstitutun Mülki Müdafiə üzrə ümumi dəstələrinin komandiri Azər Əliyev də çıxış edərək maarifləndirici xarakterli məlumatlar verdi. Sonda Beynəlxalq Mülki Müdafiə Gününə və ölkəmizdə MM sahəsində görülən işlərə həsr olunmuş video-rolik nümayiş etdirildi (economics.com.az).