Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Keniyada UNEP-in inteqrasiyalı yanaşma üzrə beynəlxalq görüşü keçirilib

  • Oxunub 1299 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Rüfət Efendiyev tədbirdə çıxış edib

 Fevralın 23-dən 25-dək BMT-nin ətraf mühit üzrə proqramının – UNEP-in (United Nations Environment Programme) təşkilatçılığı ilə Keniyanın paytaxtı Nayrobidə inteqrasiyalı yanaşma üzrə beynəlxalq görüş keçirilib. AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Rüfət Efendiyev həmin tədbirdə iştirak edib. Görüşə UNEP-ə üzv dövlətlərin, qeyri-dövlət strukturlarının, akademik sferanın nümayəndələri, habelə UNEP-in əməkdaşları qatılıblar. Hansı ki, onlar 2030-cu ilə qədər davamlı inkişaf istiqamətində müxtəlif təşəbbüslər üzrə təcrübə və informasiya mübadiləsi üçün alətlər və metodologiyaların inkişafına dair vahid yanaşmadan istifadə edirlər.

 Qeyd edək ki, 2016-cı il yanvarın 1-dən 2030-cu ilə qədər olan dövr üçün davamlı inkişaf üzrə Gündəlik qüvvəyə minib. Yeni Gündəlik – ölkələri davamlı inkişaf üzrə 17 məqsədə çatmaq üçün işlərə başlamağa çağırır. 2015-ci ilin sentyabrında BMT-nin sammitində 193 ölkə tərəfindən qəbul olunmuş davamlı inkişafın məqsədləri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əhalinin təlabatının ödənilməsinə yönəlib.
Yeni ambisiyalı Gündəlik özündə davamlı inkişafın üç əsas - sosial, iqtisadi və ekoloji tərəflərini, habelə sülh və ədalət məsələlərini əks etdirir. Sənəddə həmin məqsədlərə çatmaq üçün maliyyə resursları, yeni texnologiyaların işlənilməsi və əməkdaşlığın möhkəmləndirilməsi kimi vasitələrin səfərbər olunmasının vacibliyi qeyd edilir.

 AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. R.Efendiyev tədbirdə Azərbaycanda davamlı inkişaf sahəsində görülən işlər, əldə edilmiş nəticələr və qlobal əməkdaşlığın aktivləşdirilməsi müxanizmləri barədə çıxış edib, UNEP-in bu məsələdə rolunu xüsusi ilə qeyd edib.

 R.Efendiyevin təqdimatı ilə aşağıdakı faylı yükləməklə tanış olmaq mümkündür.