Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki dissertasiya işi müzakirə edilmişdir

  • Oxunub 1242 dəfə

 Martın 29-da AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi

 AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk əvvəl AMEA İqtisadiyyat İnstitutunun dissertantı Kərim Pirməmməd oğlu Piriyev “Azərbaycan Respublikasının regionlarında tikinti materialları sahəsinin inkişafı və ərazi təşkili” mövzusunda (5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə) dissertasiya işi (elmi rəhbər i.e.d., prof. Rəna Sultanova) haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Fərhad Rəhmanov və i.f.d. Aqil Əsədov mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İddiaçı K.Piriyev seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminarda çıxış edənlər – f.f.d. Mayis Gülalıyev, i.f.d. Cəlil Quliyev, professorlar İrşad Kərimli, Rəna Sultanova və Əli Nuriyev də tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda K.Piriyevin dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi.

 İkinci iddiaçı – Azərbaycan Memarlıq və İnşaat Universitetinin dissertantı Şeybani Əsl Mənuçehr Abbasəli oğlu “İri tikinti şirkətlərinin investisiya fəaliyyətinin idarə edilməsinin formalaşması” mövzusunda (5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə) dissertasiya işinin (elmi rəhbər i.e.d., prof. V.Şirəliyev) əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi. Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. M.Məmmədov və i.f.d. Ramil Əliyev çıxış edərək əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı Şeybani Əsl Mənuçehr suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).