Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya Şurasında İran vətəndaşı dissertasiya işini müdafiə etdi

  • Oxunub 1287 dəfə

 Martın 31-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında daha bir dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.

 Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclacda İran vətəndaşı Mocahed Əziz oğlu Babapur Vərzeqaninin 5307.01 – İqtisadi nəzəriyyə və 5310.01 – Dünya İqtisadiyyatı ixtisasları üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İstehsal-iqtisadi münasibətlərin təkmilləşdirilməsi (İran İslam Respublikasının kənd təsərrüfatının materialları əsasında)” mövzusunda (elmi rəhbərlər i.e.d., prof. İsa Alıyev və Vahid Abbasov) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Mocahed Babapur Vərzeqani dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d. Dünyamalı Vəliyev və i.f.d. Seyfəddin Səməndərov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Dövlət İqtisad Universitetidir. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı Mocahed Babapur Vərzeqani opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi.

 İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda Mocahed Vərzeqaninin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).


Müdafiə olunmuş dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqi yükləməklə tanış olmaq mümkündür.


Avtoreferat Mocahed Əziz oğlu Babapur Vərzeqani: “İstehsal-iqtisadi münasibətlərin təkmilləşdirilməsi (İran İslam Respublikasının kənd təsərrüfatının materialları əsasında)” (yüklə)