Əməkdaşımız Gülşən Yüzbaşıyevaya professor elmi adı verilmişdir
- Oxunub 1286 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Gülşən Zaid qızı Yüzbaşıyevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Professor attestatı” təqdim olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2016-cı il tarixli qərarı ilə Gülşən Yüzbaşıyevaya sahə iqtisadiyyatı ixtisası üzrə professor elmi adı verilmişdir. Bu münasibətlə İnstitutun bütün kollektivi adından Gülşən xanımı ürəkdən təbrik edir və ona elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! (economics.com.az).