Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Mülki müdafiə qüvvələrinin rəhbər heyətinin müdafiə məşqi keçirilmişdir

  • Oxunub 1442 dəfə

 Aprelin 7-də AMEA İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə İnstitutun Fövqəladə Hallar Komissiyasının rəhbər heyətinin mülki müdafiə məşqi keçirildi.

 Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda baş tutan tədbirdə əsas məqsəd baş verə biləcək fövqəladə hallar zamanı İnstitutun rəhbər heyətinin fəaliyyətini dəqiqləşdirmək, hər birinin vəzifə borclarına bir daha nəzər salmaq, İnstitutun 5 illik mülki müdafiə planını müzakirə etmək idi.

 İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri Şakir Alıyev mülki müdafiyənin əhəmiyyəti, quruluşu, ehtimal olunan fövqəladə hadisələr, idarəetmə və xəbərdarlığın təşkili haqqında məlumat verdi. İnstitutun Mülki Müdafiə (MM) Qərargahının rəisi Anar Babayev baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəifələrinin icrası barədə danışdı. İnstitutun Mülki Müdafiə üzrə ümumi dəstələrinin komandiri Azər Əliyev də maarifləndirici xarakterli məlumatlar verdi. Sonda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş video-rolik nümayiş etdirildi (economics.com.az).