Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki dissertasiya işi müzakirə edilmişdir

  • Oxunub 1780 dəfə

 Aprelin 26-da AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi.

 İqtisad elmləri doktoru, professor İrşad Kərimlinin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk əvvəl AMEA İqtisadiyyat İnstitutunun dissertantı Allahverdiyeva Leyli Əli qızı “İqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında turizmin rolunun artırılması yolları” mövzusunda (5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə) dissertasiya işi (elmi rəhbər i.e.d., prof. İsa Alıyev) haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında geniş çıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Ramiz İsgəndərov və i.f.d. Arzu Hüseyn mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İddiaçı L.Allahverdiyeva seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminarda çıxış edənlər – f.f.d. Mayis Gülalıyev, i.e.d., prof. Gülənbər Əzizova, i.f.d. Rüfet Efendiyev, i.f.d. Cəlil Quliyev də tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda L.Allahverdiyevanın dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi.

 İkinci iddiaçı – AMEA İqtisadiyyat İnstitutunun dissertantı Saber Akber Ahmed oğlu “İran İslam Respublikasında sənayenin qeyri-neft sektorunun inkişaf problemləri” mövzusunda (5312.01 - «Sahə iqtisadiyyatı» və 5310.01 - «Dünya iqtisadiyyatı» ixtisasları üzrə) dissertasiya işinin (elmi rəhbərlər i.e.d. Fuad Qənbərov, i.f.d. Aqil Əsədov) əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi. Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.f.d. Nəsimi Əhmədov, i.f.d. Əbdül-Səməd Həsənov, i.f.d. Şahraz İbrahimov və i.f.d. Gülnar Səmədova çıxış edərək əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı Saber Akber suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).