economics.com.az saytına baxış sayı 100 mini keçdi...
- Oxunub 1158 dəfə
2015-ci il mayın 6-dan rəsmi fəaliyyətə başlayan AMEA İqtisadiyyat İnstitutunun İnternet saytına – economics.com.az-a daxil olma və baxış sayı 100 mini ötüb. Bir il ərzində 72 ölkədən (daha çox Rusiya, Ukrayna, ABŞ, Türkiyə, İran, Böyük Britaniya, Almaniya, Norveç və s.) oxucular tərəfindən sayt izlənib. Saytın kollektivinin əsas hədəfi onun informasiya bazasını daim yeniləşdirmək, zənginləşdirmək və oxucu sayını daha da artırmaqdır. AMEA-da bir çoxları hesab edir ki, İqtisadiyyat İnstitutunun İnternet saytı şəffaflıq və cəmiyyətə açıqlıq baxımından akademiyada ən uğurlu elektron resurslardandır (economics.com.az).