Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“BTC neft kəmərinin Türkiyənin sosial-iqtisadi inkişafına təsiri”

  • Oxunub 1931 dəfə

 Dissertasiya Şurasında Türkiyə vətəndaşı bu mövzuda dissertasiya işini müdafiə etdi

 Mayın 17-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında Türkiyə vətəndaşı Baloğlu Mutlu Hüseyin oğlunun dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda iddiaçının 5310. 01 - “Dünya iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Bakı-Tbilisi-Ceyhan neft boru-kəmərinin Türkiyənin sosial-iqtisadi inkişafına təsiri” mövzusunda (elmi rəhbər i.e.d., prof. Sabir Cümşüdov) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Azərbaycan Respublikası Təhsil Nazirliyi Qafqaz Universitetində yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Baloğlu Mutlu Hüseyin oğlu dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – iqtisad elmləri doktoru Dünyamalı Vəliyev və i.f.d. Aqil Eyvazov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Dövlət İqtisad Universitetidir. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı Mutlu Baloğlu opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi.

 Qeyd edək ki, dissertasiya işinin müzakirəsi çox maraqlı və geniş diskussiya şəraitində keçdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda Baloğlu Mutlu Hüseyin oğlunun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

Müdafiə olunmuş dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqi yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat Baloğlu Mutlu Hüseyin oğlu: Bakı-Tbilisi-Ceyhan neft boru-kəmərinin Türkiyənin sosial-iqtisadi inkişafına təsiri (yüklə)