Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki dissertasiya işi müzakirə edilmişdir

  • Oxunub 1241 dəfə

 Mayın 18-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi

 AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk əvvəl AMEA İqtisadiyyat İnstitutunun dissertantı Cəfərova Samirə Zəfər qızı “Xarici iqtisadi əlaqələrin gücləndirilməsi şəraitində milli iqtisadiyyatın rəqabətliliyinin formalaşması və inkişaf istiqamətləri” mövzusunda (“Ümumi iqtisadiyyat” ixtisası üzrə) dissertasiya işi (elmi rəhbər i.e.d., prof. Gülşən Yüzbaşıyeva) haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Amil Məhərrəmov və i.f.d. Rüfət Efendiyev təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı Samirə Cəfərova seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminarda çıxış edənlər – i.e.d. Gülənbər Əzizova, f.f.d. Mayis Gülalıyev, i.f.d. Cəlil Quliyev, professorlar İrşad Kərimli, Ramiz İsgəndərov və Əli Nuriyev də tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda S.Cəfərovanın dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi.

 Seminarın ikinci hissəsi i.e.d., professor İrşad Kərimlinin sədrliyi ilə davam etdirildi. İran vətəndaşı, Təbrizdə anadan olmuş, AMEA İqtisadiyyat İnstitutunun dissertantı Hüseyn Əhməd oğlu Əhmədzadə “İran İslam Respublikasında regional sahibkarlığın inkişafının maliyyə problemləri” mövzusunda dissertasiya işinin (elmi rəhbərlər i.e.d., prof., AMEA-nın müxbir üzvü Əli Nuriyev və i.f.d., dos. Aqil Əsədov) əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi. Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d. Mübariz Bağırov və i.f.d. Ələsgər Sarıyev əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı Hüseyn Əhmədzadə suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).