Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"İqtisadi böhran kontekstində ixracın stimullaşdırılması"

  • Oxunub 1179 dəfə

 Qubada bu mövzuda V Qafqaz İqtisadi Forumu keçirilmişdir

 21 may 2016-cı il tarixində Quba rayonunda Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə "İqtisadi böhran kontekstində ixracın stimullaşdırılması" mövzusunda V Qafqaz İqtisadi Forumu keçirilmişdir. Tədbirdə İnstitumuzun əməkdaşları - direktor müavini, i.f.d. Allahyar Muradov, i.e.d., prof. Tərbiz Əliyev, “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin müdiri”, i.e.d. Fuad Qənbərov və “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri, i.f.d. Aqil Əsədov iştirak ediblər. Forumda i.e.d. F.Qənbərovun "Manatın devalvasiyasının qeyri-neft sektorunun ixracına təsiri" mövzusunda təqədimatı olmuşdur. İnstitumuzun digər əməkdaşları da müzakirələrdə fəal iştirak ediblər (economics.com.az).