Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Beynəlxalq seminar keçirilmişdir

  • Oxunub 1185 dəfə

 Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli və i.f.d. Rüfət Efendiyev də iştirak ediblər

 Mayın 20-21-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Asiya İnkişaf Bankının və Qazaxıstan İqtisadiyyat Nazirliyinin İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan və Qazaxıstan: struktur və iqtisadi tranformasiya, bazar institutları və normativ-hüquqi baza, yeni iş yerlərinin yaradılması” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarın işində AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov) və aparıcı elmi işçi, i.f.d. Rüfət Efendiyev də iştirak ediblər.

 Professor Nazim Müzəffərlinin (İmanov) moderatorluq etdiyi seminarın “Kiçik və orta müəssisələr və yaxşı iş yerləri” adlı sessiyasında Qazaxıstandan və Yaponiyadan olan nümayəndələr çıxış ediblər. Habelə i.f.d. Rüfət Efendiyev əmək bazarının inkişafı və bu sferadakı problemlər ətrafında aparılan müzakirələrə qatılıb (economics.com.az).