Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Çin İctimai Elmlər Akademiyasının alimləri ilə görüş keçirilib

  • Oxunub 1457 dəfə

 Elmi əlaqələrin qurulması, birgə tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub

 Mayın 26-da AMEA İqtisadiyyat İnstitutunda Azərbaycanda səfərdə olan Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Qonaqların nümayəndə heyətində həmçinin ÇİEA-nın beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Van Ley, ÇİEA İqtisadiyyat İnstitutunun direktoru Pey Çanhun, ÇİEA Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yunçyuan və ÇİEA-nın beynəlxalq əməkdaşlıq idarəsində şöbə müdiri Çzin Çje təmsil olunurdular.

 AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın da iştirak etdiyi işgüzar görüşdə AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov)rəhbərlik etdiyi elmi qurumun əsas fəaliyyət istiqamətləri, aparılan elmi tədqiqatlar, yeni layihələr barədə ətraflı məlumat verdi. İnstitutun fəaliyyəti ilə yaxından maraqlanan Çin alimləri AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə etdilər. AMEA İqtisadiyyat İnstitutunun direktor müavini, i.f.d. Allahyar Muradovun, şöbə müdiri, i.f.d. Aqil Əsədovun və aparıcı elmi işçi, i.f.d. Rüfət Efendiyevin də təmsil olunduğu görüşdə tərəflər arasında sıx elmi əlaqələrin qurulması, birgə tədqiqatların aparılması və ortaq layihələrin həyata keçirilməsi imkanları və perspektivləri müzakirə olundu.

  Həmin gün AMEA Rəyasət Heyətində də Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) nümayəndə heyəti ilə görüş keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə ÇİEA-nın müvafiq qurumları ilə birgə maraqlı layihələr həyata keçiriləcəyinə və mühüm elmi nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Sonra ÇİEA ilə AMEA arasında elmi əlaqələrin möhkəmləndirilməsi və ardıcıl birgə fəaliyyətin təşkili məqsədilə əməkdaşıq müqaviləsi imzalanıb.

 Qeyd edək ki, AMEA ilə Çin İctimai Elmlər Akademiyası (ÇİEA) arasında elmi əlaqələrin daha da genişləndirilməsi üzrə AMEA-nın 6 institutunun, o cümlədən İqtisadiyyat İnstitutunun və Mərkəzi Elmi Kitabxananın da daxil olduğu birgə İşçi Qrup yaradılıb. Həmin İşçi Qrupuna AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları - aparıcı elmi işçi, i.f.d. Rüfət Efendiyev və şöbə müdiri, i.f.d. Aqil Əsədov da daxildirlər. (economics.com.az).