İqtisadiyyat İnstitutunda YAP Yasamal rayon təşkilatının sədri ilə görüş keçirildi
- Oxunub 1355 dəfə
İyunun 2-də AMEA İqtisadiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovla görüş keçirildi. İnstitutun kollektivi ilə baş tutan görüşdə YAP-ın Yasamal rayon təşkilatının sədr müavini Qərib Məmmədov və bir neçə üzvü iştirak edirdilər. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov) açaraq qonaqları təqdim etdi.
Sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranması, onun bu günə kimi keçdiyi şərəfli yol, Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı uğrunda mübariz fəaliyyəti haqqında danışdı. Bildirdi ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda xaosun qarşısı alındı, onun rəhbərliyi ilə qayda-qanun bərpa olundu, dövlətimiz möhkəmləndi və bütün dünyada tanındı, ölkə yeni və dinamik sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoydu.
T.Əhmədov Heydər Əliyev ideyaları əsasında fəaliyyətini davam etdirən YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün gördüyü işlərdən, Azərbaycanda inkişafı, müsbət dəyişiklikləri görən xalq arasında partiya sıralarına qəbulun artmasından danışdı, habelə hazırda partiyanın üzvlərinin sayının 700 min nəfər olmasını diqqətə çatdırdı. O, İnstitutun əməkdaşlarını könüllülük əsasında ölkənin ən güclü partiyası olan YAP-a üzv olmağa dəvət etdi.
Sonra ölkəmizdə baş verən ictimai-siyasi proseslər, dövlət quruculuğu, sosial-iqtisadi inkişaf, ölkənin tərəqqisində elmin rolu və alimin üzrərinə düşən vəzifələr və s. məsələlər ətrafında çıxışlar oldu, müzakirələr aparıldı (economics.com.az).