İran vətəndaşı İqtisadiyyat İnstitutunda dissertasiya işini müdafiə etdi
- Oxunub 1260 dəfə
İyunun 9-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında daha bir dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclacda İran vətəndaşı Parham Ahmad oğlu Hosseinin 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tikinti sferasının idarə edilməsinin inteqrasiya sistemi” mövzusunda (elmi rəhbər i.e.d., prof. Məhəbbət Məmmədov) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Аzərbaycan Memarlıq İnşaat Universitetində yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Parham Hossein dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., professor Qəzənfər Süleymanov və i.f.d. Qumalat Babayev mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Texniki Universitetinin “Sənayenin iqtisadiyyatı və menecment” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı Parham Hossein opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.
İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda Parham Hosseinin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Müdafiə olunmuş dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqi yükləməklə tanış olmaq mümkündür.
Avtoreferat Parham Ahmad oğlu Hossein: “Tikinti sferasının idarə edilməsinin inteqrasiya sistemi” (yüklə)