Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şuranın növbəti iclası keçirilmişdir

  • Oxunub 1640 dəfə

 İyulun 5-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə edildi.

 İlk öncə “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, i.f.d. Həsənov Əbdülsəməd Həsənağa oğluna, “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, f.f.d. Gülalıyev Mayis Gülalı oğluna və “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Abdullayev Kamran Nurəddin oğluna dosent elmi adının verilməsi və bununla bağlı Ali Attestasiya Komissiyasına müraciət edilməsi barədə qərar qəbul edildi.

 İclasda İnstitutun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin keçmiş aspirantı, i.f.d. Sevinc Sadıq qızı Rzayevanın “Məşğulluq sahəsində gender bərabərliyi” adlı monoqrafiyası müzakirə edilərək çapa tövsiyə olundu.

 Elmi Şurada “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması (Nizami layihəsi)” ilə bağlı AMEA Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli 8/2 saylı qərarı ilə bağlı məsələ də müzakirə edildi. Elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva sənəd haqqında məlumat verdi. Sonda qərara alındı ki, doktorantura təhsilinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin Elmi Şurada daha geniş müzakirəsi üçün bir həftə ərzində İnstitutun şöbələri tərəfindən konkret təkilflər hazırlansın (economics.com.az).