İqtisadiyyat İnstitutunda yeni şöbələr yaradılır
- Oxunub 1712 dəfə
Sentyabrın 14-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi
İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə edildi. Öncə Şuranın üzvləri institutun əməkdaşları - i.f.d.Adilə Gözəlovanı və i.f.d. Akif Əsgərovu 65 illik yubileyləri münasibətilə təbrik etdilər, onlara diplom təqdim olundu.
İclasda Elmi Şuranın sədr müavini, i.f.d. Allahyar Muradov hökumətin təqdim etdiyi “İqtisadi islahatlar: Azərbaycan üçün təhlil və təklif olunan təşəbbüslər” sənədlər toplusuna İnstitut tərəfindən hazırlanmış rəy və tövsiyyələr haqqında məlumat verdi. Bildirildi ki, İnstitutun həmin sənədə dair qısa müddətdə hazırladığı rəy və təkliflər vaxtında yüksək səviyyədə təqdim olunub və müvafiq dövlət qurumları tərəfindən müsbət qarşılanmışdır.
İ.f.d. A.Muradov İnstitutun elmi-təşkilati fəaliyyəti və 6 aylıq hesabatı ilə bağlı da Elmi Şurada məlumat verdi.
İclasda İnstitutun strukturunda dəyişikliklərin aparılması haqqında məsələ müzakirə edildi. Geniş müzakirələrdən sonra qərara alındı ki, “Analitik informasiya və nəşriyyat” şöbəsi ləğv edilsin, yeni iki – “Təhsil şöbəsi” və “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsi yaradılsın və bununla bağlı AMEA Rəyasət Heyətinə müraciət edilsin.
Elmi Şurada İnstitutun aparıcı elmi işçisi, f.f.d. Mayis Gülalıyev iyulun 22-28-də Dünya Siyasi Elmlər Assosiasiyası tərəfindən Polşada (Poznan şəhərində) keçirilmiş “Qeyri-bərəbərlik dünyasında siyasət” adlı Dünya Konqresində iştirakı və orada müzakirə edilmiş mövzular barədə məlumat verdi. Bildirildi ki, konqresdə dünyanın bir şox ölkələrindən elmin müxtəlif sahələrində çalışan 2800-dən çox nümayəndə iştirak etmişdir. M.Gülalıyev AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı kimi İnstitutun elmi məhsulu olan “İqtisadiyyatın solluğu (sağlığı) indeksi” adlı iqtisadi qiymətləndirmə metodu ətrafında toplantıda geniş məruzə ilə çıxış edib, bu sahədə aparılan tədqiqatlarla bağlı məlumat verib, sualları cavablandırıb. İnstitutun haqqında söhbət gedən tədqiqatları konqresdə maraqla qarşılanıb və bu sahədə birgə tədqiqatların təşkili, elmi əməkdaşlıq və s. məsələlər ətrafında müzakirələr aparılmışdır (economics.com.az).
Mayis Gülalıyevin konqresdəki təqdimatı ilə daha yaxından aşağıdakı faylı yükləməklə tanış olmaq olar