İqtisadiyyat İnstitutunda iki Nobel mükafatçısı ilə görüş keçirildi
- Oxunub 1579 dəfə
Sentyabrın 29-da AMEA İqtisadiyyat İnstitutunda ABŞ iqtisadçısı, Nobel mükafatçısı (2004-cü il), Arizona Universitetinin professoru Edward Prescott və daha bir Nobel mükafatçısı (2004-cü il), Norveç iqtisadçısı Finn Erling Kydlandlə görüş keçirildi.
AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın da iştirak etdiyi görüşdə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) qonaqlara institutun elmi fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verdi. İnstitutun bir qrup əməkdaşının da qatıldığı, maraqlı diskussiya şəraitində keçən tədbirdə iqtisadiyyat üzrə Nobel mükafatçıları ilə geniş fikir mübadiləsi aparıldı. Sonda xatirə şəkili çəkdirildi (economics.com.az)