Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“XXI əsrdə dünya elminin inteqrasiya prosesləri”

  • Oxunub 1489 dəfə

 Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar keçirilən forumda AMEA İqtisadiyyat İnstitutu da təmsil olunub

 Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 10-14-də Gəncədə “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda beynəlxalq forum keçirilmişdir. Elmi Təşkilat Komitəsi tərəfindən bu tədbirdə iştirak etmək üçün 14 ölkədən 25 xarici və 150 yerli gənc alim və mütəxəssis dəvət edilib. Foruma AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dos. Rüfət Efendiyev də qatılıb. O, “Mərkəzi və Qərbi Asiya regionunda məşğulluq və gender məsələləri” mövzusunda təqdimatla çıxış edib.

 Tədbir Azərbaycan Prezidentinin “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” 24 fevral 2016-cı il tarixli Sərəncamına əsasən keçirilmişdir. Forumda dünyanın bir sıra ölkələrini təmsil edən gənc alim və mütəxəssislər dünya elmi üçün aktuallıq kəsb edən mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq tədbirdə “Dünyanın inteqrasiya prosesləri və Azərbaycan gəncliyi”, “Qlobal multikulturalizm və Azərbaycan modeli”, “Nizami Gəncəvi irsi: Azərbaycandan dünyaya” və s. mövzular üzrə müzakirələr aparılmışdır (economics.com.az).