Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda dissertasiya işi müzakirə edildi

  • Oxunub 1591 dəfə

 Noyabrın 1-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi

 Professor İrşad Kərimlinin sədrliyi ilə baş tutan seminarda İqtisadiyyat İnstitutunun dissertantı Abdalova Mətanət Əli qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk əvvəl Mətanət Abdalova “Sumqayıt şəhərində sənayenin innovasiya yönümlü inkişafı və strukturunun təkmilləşməsi istiqamətləri” mövzusunda (“Sənayenin təşkili və dövlət siyasəti” və “Sahə ixtisası” ixtisasları üzrə) dissertasiya işi (elmi rəhbər i.e.d., prof. Rəna Sultanova) haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., professor Amil Məhərrəmov və i.f.d. Kamran Abdullayev təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı M.Abdalova seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminarda çıxış edənlər tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda M.Abdalovanın dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).