Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Amerikalı alim İqtisadiyyat İnstitutunda

  • Oxunub 1455 dəfə

2014-cü il mayın 23-də AMEA İqtisadiyyat İnstitutunda ABŞ-ın Cons Hopkins Universitetinin nəzdindəki Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru prof. Frederik Starr ilə görüş keçirilib. Görüşdə institutun alimləri ilə yanaşı, Qafqazın Strateji Tədqiqatları İnstitutunun direktoru Eldar İsmayılov da iştirak edib.

Xatırladaq ki, F.Starr bu günlərdə ADA-nın fəxri doktoru adına layiq görülmüşdür.
İqtisadiyyat İnstitutunun direktoru prof. Nazim İmanov institutda aparılan elmi-tədqiqat işlər və gələcəkdə həyata keçiriləcək layihələr, F.Starr isə rəhbərlik etdiyi tədqiqat mərkəzi haqqında məlumat verib. Görüşdə Qərblə Şərqi birləşdirən ticarət yolları, o cümlədən Avropa-Çin və Avropa-Hindistan nəqliyyat dəhlizlərinin canlandırılması üzrə görüləcək işlər, xüsusilə də bu yöndə araşdırma mərkəzlərinin üzərinə düşən vəzifələr müzakirə olunub.
Görüşdə Şərq-Qərb ticarət dəhlizinin tam gücü ilə hərəkətə gətirilməsində Azərbaycanın öz potensialından effektiv istifadəsi üçün yaxın və ortamüddətli perspektivdə reallaşdırıla biləcək elmi problemlərin müəyyən edilməsinin vacibliyi də vurğulanıb.